Səfirlik Missiyasının İzahı
Səfirliyin əsas məqsədləri:
Azərbaycanın və keçmiş Sovet İttifaqına daxil olan ölkələrin müvəffəqiyyəti ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir. Onların müvəffəqiyyəti bu region sülhə, sabitliyə və tərəqqiyə nail olarsa daha böyük əhəmiyyət kəsb edir. Müvəffəqiyyətsizlik yeni regional konfliktlərə və sabitsizliyə gətirib çıxarar və bu da ABŞ-ı və dünyanı kasıblıqdan, sabitsizlikdən və zorakılıqdan yaranmış yeni terror və millətçi təhlükələrinə məruz qoyar. Bu ölkənin nailiyyətlər əldə etməsi və qlobal ABŞ məqsədlərini irəli sürmək üçün bizim əsas vəzifələrimiz aşağıdakılardar:
- beynəlxalq sülhün və təhlükəsizliyin terrorizmdən və digər hədələrdən qorunmasında səlahiyyətin səmərəli surətdə gücləndirilməsi;
- regionda olkələr arasında əməkdaşlığın və Azərbaycanla Ermənistan arasında sülhün bərpa edilməsinə nail olmaq;
- iqtisadi idarəetməni gücləndirilmək və tərəqqini inkişaf etdirmək üçün Xəzər hövsəsində olan energinin beynəlxalq bazarlara çıxışına dəstəyin gücləndirilməsi
- Uzun müddətli sabitliyin qarantı kimi demokratiyanın inkişafina komək etmək
Anti-Terrorizm: Rusiya, İran, Ermənistan, Türkiyə və Xəzər Dənizi aralarında yerləşən bu ölkə Qafqazda və Orta Asiyada uzun müddətli tərəqqiyə və sabitliyə açar ölkədir. Azərbaycanın bizimlə terrorizmə və digər millətçi hədələrə qarşı mübarizədə əməkdaşlıq etməsinin təmin edilməsi bizim ən böyük vəzifəmizdir. Bu İran daxil olmaqla beynəlxalq terrorçu təşkilatlara və digər təsirlərdən doğan təhlükərə qarşı bizimlə birgə işləmək üçün Azərbaycanda təhlükəsizlik təşkilatlarının gücləndirilməsi deməkdir. Əsas səylərə hərbini müasirləşdirmək və Sülh Naminə Tərəfdaşlıq proqramı vasitəsilə NATO-ya inteqrasiya etmək üsün hərbi əməkdaşlıq; hüquq mühafizəsi üçün yeni yardım proqramı; və sərhədçilərə yardım proqramı daxildir. Prezidentin Azadlığı Dəstəkləmə Aktı çərçivəsində 907-ci maddənin müvəqqəti dayandırılmasından sonra yardım proqramının həyata keçirilməsi ağır gedir. İş sürətləndirilməlidir; səylər seminar və konfranslardan real, aktiv və maddi köməyə keçməlidir; və bu sahələrdə çalışan ABŞ Dövlət Agentliklərində daha boyük əlaqələndirməyə nail olunmalıdır.
Regional Sülh: Azərbaycanla Ermənistan arasındakı münaqişənin təzələnməsi bizim buradakı hər sahədə iki tərəfli əməkdaşlığımızı təhlükəyə məruz qoya bilər. Hazırkı ?sülhsüz və müharibəsiz? şərait hər iki ölkədə bizim maraqlarımızı təhlükə altına qoyan ekstremist ideologiyaların yaranmasına gətirər. ABŞ səylərini ATƏT-in Minsk Qrupuna və burada liderlik və ictimaiyyətlə ikitərfli iş apararaq məsələnin uzunmüddətli həll tapmasına yönəldir. Biz bunu Azərbaycan Dövləti ilə enerji, təhlükəsizlik sahələridə və Gürcüstanla başqa proyektlər üzərində, GUUAM daxilində və Qazaxstanla (enerji ixracı üzrə) əməkdaşlq etməklə tamamlayırıq.
Enerji və Bazar İqtisadiyyət İslahatları: Azərbaycan və Xəzər Dənizi enerji resurslarının inkişaf etdirilməsi və həmin resursların dünya bazarlarına ixrac olunması üçün infrastrukturun yaradılması ABŞ-ın İran Körfəzi neftindən asılılığını azaltmağa dair görülən işlərin mühüm bir hissəsidir. Hal-hazırda resursların inkişafına ABŞ və digər qərb şirkətləri miliardlarla dollar məbləğində sərmayələr qoyurlar. Bakı-Tiflis-Ceyhan və Bakı-Ərzirum qaz kəmərləri artıq qərb investorları tərəfindən həyata keçirilən real kommersiya layihələrinə çevriliblər. Bu layihələri 2005-2007-ci illərdə uğurlu başa çatdırmaq istiqamətində həyata keçirmək vacib hədəf olaraq qalmaqdadır.
Enerji resurslarından yaxın vaxtlarda real gəlir əldə edəcək Azərbaycana onun sərvətlərinin düzgün istifadəsini təmin edən effektiv iqtisadi islahatlar indi həmişəkindən daha çox lazımdır. Azərbaycanın 800 000-dən çox olan qaçqın və məcburi köckünləri arasındakı yoxsullugun azaldılması təcili bir məsələdir. 907-ci düzəlişin müvəqqəti dayandırılması islahatların keçirilməsinə yeni təkan verdi. Muhum məsələlər arasında investisiya mühitinin yaxşılaşdırılması; sağlam idarəetmənin möhkəmləndirilməsi; efektiv iqtisadi institutlar və şəffavlıq; qısa vaxtda yeni iş yerlərinin yaradılması və gəlirlərin artmasında ən böyük naliyyətlər əldə edən iqtisadiyyatın kənd təsərrüfatı sektorunda bazarların yaradılması; və Azərbaycanın Beynəlxalq Ticərət Təşkilatına üzv qəbul olunmasını adlandırmaq olar.
Demokratiya, vətəndaş cəmiyyəti və qanunun aliliyi: sabitlik və tərəqqi kücləndirilmiş demokratik institutların, qanun aliliyi, vətəndaş cəmiyyəti və insan hüquqlarına hörmətin mövcud olmadığı halda yarana və davam edə bilməz. Azərbaycan dünya standartlarına uyğun seçkilər keçirməlidir; gücləndirilmiş demokratik institutların vacibliyi məhs gələn illərdə baş verəcək liderliyin dəyişməsi zamanı nəzərə çarpacaq. Siyasi partiyaların inkişafı, azad mətbuat, QHT-lərın inkişafı və hüquqi təhsilatlara dair ABŞ yardım proqramları yüksək səviyyəli iki tərəfli dialoq vasitəsilə daha da möhkəmlənəcəklər. ATƏT, Avropa Şurası və əsas Avropa ölkələriylə birgə işləyərək daha da böyük nüfuz əldə edə bilərik.