jump over navigation bar
Embassy SealABŞ Dövlət Departamenti
Bakı Azərbaycan - Amerika Birləşmiş Ştatların Səfirliyi - Ana səhifə
flag graphic
Səfirlik
 
  Səfir Səfirlik Haqqında Məlumat Son məlumat İçtimaiyyətlə Əlaqələr Şöbəsi Mətbuat / Media Təhsil Proqramları Mədəniyyət Proqramları İnformasiya Resurs Mərkəzi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı ABŞ-Azərbaycan Təhsil Mərkəzi Xəbərlərin Arxivi

Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının

LAYİHƏ MÜSABİQƏSİ

(2009 ilin birinci yarısı)

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı üzrə layihə müsabiqəsini elan edir. Bu proqram  Azərbaycanda gəlir güdməyən qeyri-hökumət təşkilatları (QHT), icma əsaslı təşkilatlar (İƏT) və digər  gəlir güdməyən assosiasiya və birliklərə müsabiqə əsasında məbləğı 24,000 ABŞ dollarından artıq olmayan kiçik qrantlar ayırmaqla ölkədəki demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafına təkan vermək niyyətindədir. Layihər 2009-cü ilin mart ayının 5-nə qədər təqdim edilə bilər.

Hansı layihələr maliyyələşdirilə bilər?

Müsabiqədə açıq və demokratik cəmiyyətin yaradılmasına, pluralizmi dəstəkləyən icmaların inkaşıfına, sosial məsuliyyətin artmasına yönəldilmiş yeni və ətraflı təkliflər iştirak edə bilər. Bu musabiqə çərçivəsində Demokratiya Komissiyası aşağıdakı mövzulara müraciət etmək niyyətindədir:       

  • Azad və ədalətli demokratik seçkilərin keçirilməsinə töhfələrin verilməsi;
  • Vətəndaş məsuliyyətinin gücləndirilməsi və demokratik dəyərlərin təlqini;
  • Azad və peşəkar media və jurnalistikanın inkişafı;
  • Ətraf mühitin qorunmasında kollektiv məsuliyyətin inkişafı;
  • İnsan hüquqlarının monitorinqi və hüquq və azadlıqların qorunması üçün ictimai vəkillik;

Demokratiya Komissiyası aşağıda göstərilən növ layihələrə maliyyə ayırmayacaqdır:

  • Maliyyə vəsaitlərinin cəlb edilməsinə yönəldilmiş (fandreyzinq) kampaniyalar;
  • Humanitar yardımlar;
  • Elmi tədqiqatlar;
  • Budcəsi 24,000 ABŞ dollarından artıq və icra müddəti bir ildən artıq olan layihələr;
  • Başqa təşkilat tərəfindən artıq icra edilən fəaliyyətləri təkrarlayan layihələr;
  • Gəlir gətirən fəaliyyətlə məşğul olan kommersiya təşkilatları tərəfindən təqdim edilən layhələr;
  • Siyasi fəaliyyətləri dəstəkləyən layihələr.

Necə müraciət etmək olar?

Qoyulmuş tələblərə uyğun gələn təşkilatlar  bu ilin mart ayının 5-nə qədər Demokratiya Komissiyasına muraciət edə bilərlər. Doldurulmuş ərizə formasını və digər tələb olunan sənədləri BakuDemCom@state.gov elektron ünvanına göndərməyiniz xahiş olunur.  Xahiş edirik aşağıdakı düymələri basaraq ərizə formasını və onun doldurulmasına dair tələb və qaydaları yükləyin.
Nəzərdə saxlayın ki, hər bir təşkilat öz layihəsini təqdim etmək üçün Demokratiya Komissiyasının rəsmi ərizə formalarından istifadə etməlidir. Ərizələrin doldurulmasına dair qoyulmuş minimum tələblərə riayət etməyən təşkilatın layihəsinə baxılmayacaq. Layihələr İNGİLİS dilində təqdim olunmalıdır.

Qiymətləndirmə Prosesi

Bakıdakı ABŞ Səfirliyi təqdim edilmiş layihələrə baxmaq üçün müxtəlif beynəlxalq donor təşkilatlarının və ABŞ Hökumətinin Agentliklərinin nümayəndələrindən ibarət Qiymətləndirmə Komitəsi yaratmışdır. Komitə tələblərə uyğun gələn təşkilatların layihələrini nəzərdən keçirmək üçün il ərzində mütəmadi olaraq görüşür.  Layihələrin qəbulu üçün vaxt bitdikdən sonra Komitə qiymətləndirmə prosesinə iki aya qədər vaxt sərf edə bilər.  Qiymətləndirmə zamanı müraciət etmiş təşkilatlardan bəziləri müsahibə üçün dəvət oluna bilər.

Qiymətləndirmə Meyarları

Təqdim olunmuş qrant təkliflərini qiymətləndirmək üçün Demokratiya Komissiyası aşağıdakı meyarlardan istifadə edəcək:

  • Təklif təşkilatın bu layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarıqlara və insan resurslarına malik olduğunu nümayiş etdirməlidir;
  • Təşkilat layihənin ünvanlamaq istədiyi əsas problemi tam anladığını və əlavə ümumiləşdirmələrdən istifadə etmədən onu ifadə etmək bacarığını nümayiş etdirməlidir;
  • Təşkilat layihəni hazırlayarkən müvafiq ədəbiyyata müraciət etməli, ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşməlidir;
  • Təşkilat layihənin nailiyyət və nəticələrini artıran müvafiq faydalananlar və ya hədəf qrupunu müəyyən etməli, və layihə aydın məqsədə və həyata keçirilə bilən fəaliyyət sahəsinə malik olmalıdır;
  • Layihənin ideya və yanaşması yeni olmalı, layihə üzrə təklif edilən fəaliyyətlər isə konkret və ətraflı olmaqla yanaşı, məqsədəuyğun iş planı ilə əsaslandırılmalıdır;
  • Layihənin büdcəsi düzgün tərtib edilmiş, ətraflı və əsaslandırılmış olmalıdır; Layihələr “qarışıq (müxtəlif) xərcləri” əks etdirən büdcə maddələrinə malik olmamalıdır. Əyləncə və alkoqollu içki xərcləri büdcədə daxil deyildir. Təqdim olunmuş layihə büdcəsi təşkilatın kobud smeta tərtib etmək əvəzinə, layihə çərçivəsində olan faktiki xərcləri planlaşdırmağa və onları araşdırmağa vaxt sərf etmiş olduğunu nümayiş etdirməlidir;
  • Təşkilat, layihənin həyata keçirilmə mərhələsində öz fəaliyyətini konkret kəmiyyət və keyfiyyət yönümlü qitmətləndirmə alətlərindən istifadə etməklə necə qiymtələndirəcəyini və ölçəcəyini aydın ifadə etməlidir;
Layihə təklifi, layihə başa çatdıqdan sonra qazanılmış nəticələrin yüksək davamlılığını təmin etmək üçün istifadə olunacaq yanaşmanın aydın təsvirini əks etdirməlidir.

BÜDCƏ TƏLƏBLƏRİ VƏ FORMASI 2009

ƏRİZƏ FORMASI 2009

ENGLİSH


 

 

 

Başlanğıca qayıtmaq ^

Səhifənin alətləri:

Printer_icon.gif Çap et



 

    Sayt ABŞ Dövlət Departamenti tərəfindən idarə edilir.
    Kənar internet linklərinin yerləşdirilməsi onların məlumat və məxfilik siyasətinin bölüşdürülməsi kimi qiymətləndirilməməlidir.


Amerika Birləşmiş Ştatların Səfirliyi