jump over navigation bar
Embassy SealABŞ Dövlət Departamenti
Bakı Azərbaycan - Amerika Birləşmiş Ştatların Səfirliyi - Ana səhifə
flag graphic
Səfirlik
 
  Səfir Səfirlik Haqqında Məlumat Son məlumat İçtimaiyyətlə Əlaqələr Şöbəsi Mətbuat / Media Təhsil Proqramları Mədəniyyət Proqramları İnformasiya Resurs Mərkəzi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı ABŞ-Azərbaycan Təhsil Mərkəzi Xəbərlərin Arxivi
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına  uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ-ın
Fulbrayt Tələbə Proqramı
üçün müsabiqə elan edir.

 

Təqaüdlərlə rəqabət əsasında ictimai və fərdi sahələrdə yaxşı bacarıqlar nümayiş etdirən namizədlər təltif olunacaqdır.
  
Uyğunluq tələbləri:                              

-Azərbaycan vətəndaşlığı
-Universitet dərəcəsi (2007 – 2008 və 2008 -2009 tədris illəri üçün ölkənin ali təhsil müəssisələrinə magistr pilləsinə tələbə qəbulu çərçivəsində texniki sahələr üzrə ən azı 70, digər sahələr üzrə isə 80 bal toplayan, həmçinin əvvəlki illərdə bakalavr və mütəxəssis proqramını yüksək göstəricilərlə başa vurmuş (ən azı 4,5 bal və ya ekvivalenti) şəxslər)
-İngilis dilini bilmək səviyyəsi (kağız bazalı TOEFL üzrə minimum 550 bal)
-Liderlik keyfiyyəti və vəzifədə irəliləmək üçün potensial
-35 yaşdan aşağı

Təhsil sahələri:

-Mühəndislik
-Kənd təsərrüfatı
-Kompüter və İnformasiya elmləri
-Arxitektura
-Nəqliyyat
-Təbiət elmləri
-Təhsilin idarə olunması
-Xidmət (turizm və otel idarəçiliyi)
-İqtisadiyyat və idarəetmə
-Sosial elmlər
-Hüquq

Ərizələr http://azerbaijan.usembassy.gov , http://xaricdetehsil.edu.gov.az və ya http://edu.gov.az saytlarından əldə edilə bilər.

Təhsil almaq istədiyiniz sahənin Fulbrayt Tələbə Proqrami üçün yararlı olub-olmadığını bilmək üçün http://xaricdetehsil.edu.gov.az saytında ixtisasların siyahısına baxmaq tövsiyə olunur.

Ərizələr bir surəti ABŞ Səfirliyinə (Azadlıq prospekti 83) bir surəti isə Təhsil Nazirliyinə (Xətai prospekti 49) təqdim edilməklə 24 avqust 2009-cu ildən – 05 oktyabr 2009-cu ilədək 10:00-18:00-ədək qəbul olunur.

Ərizə paketinə aşağıdakı sənədlər daxildir:

1. Ərizə
2. Zəmanət məktubu
3. Qiymətləndirmə Testləri (seçilmiş namizədlərdən rəsmi TOEFL, GRE və ya GMAT testlərindən keçmələri tələb olunacaq)
4. Pasportun və ya şəxsiyyət vəsiqəsinin surəti
5. Notariaт qaydada təsdiq edilmiş  ingilis dilli tərcümələrlə birgə  diplom və transkriptlərin (diploma əlavə) surətləri
6. İş yerindən arayış
7. Tərcümеyi-hal

Əlavə məlumat üçün 496-33-11; 496-34-00 (daxili 164; 260) nömrələrinə  və ya xaricdetehsil@edu.gov.az, (Təhsil Nazirliyi) və BakuEducation@state.gov (ABŞ Səfirliyi) elektron poçt ünvanlarına müraciət edə bilərsiniz.

Application

Letter of Reference

Signature Form

Transcript Release Form

Başlanğıca qayıtmaq ^

Səhifənin alətləri:

Printer_icon.gif Çap et



 

    Sayt ABŞ Dövlət Departamenti tərəfindən idarə edilir.
    Kənar internet linklərinin yerləşdirilməsi onların məlumat və məxfilik siyasətinin bölüşdürülməsi kimi qiymətləndirilməməlidir.


Amerika Birləşmiş Ştatların Səfirliyi
Turn Admin On!