jump over navigation bar
Embassy SealABŞ Dövlət Departamenti
Bakı Azərbaycan - Amerika Birləşmiş Ştatların Səfirliyi - Ana səhifə
flag graphic
Son məlumat

ABŞ Səfirliyi bu il çap olunacaq

“Oz ölkəsinin qəribə Sehirbazı” (“The Wonderful Wizard of Oz”)

kitabının Azərbaycan versiyası üçün

rəsm müsabiqəsi elan edir

Amerika ədəbiyyatının incilərindən biri olan “Oz ölkəsinin qəribə Sehirbazı” kitabı artıq dörd nəsildir ki oxucuların təxəyyülünü dəyişməkdədir. 1900-cü ildə işıq üzü görən kitab ilk əsl Amerikan nağılı kimi qiymətləndirilir. Kitabın Azərbaycan dilinə tərcüməsi Azərbaycan oxucularına bu klasik əsərlə və kitab qəhrəmanlarının sərgüzəştləri ilə Azərbaycan dilində tanış olmağa imkan yaradacaqdır.

Maraqlanan şəxslərdən nümunə olaraq bir rəngli rəsm (illyustrasiya) təqdim etmək xahiş olunur. Qalib seçilmək üçün rəsmlər uşaqları cəlb edən, şən və ürəkaçan olmalıdırlar.

Rəsmlərin təqdim olunması üçün son tarix 14 iyul 2008-ci ildir.

Qaliblər 21 iyun 2008-ci il tarixində məşhur Amerika karikaturisti Kevin Kallaqer tərəfindən müəyyən olunacaqlar. Birinci yerin qalibi kitabın Azərbaycan nəşri üçün illyustrasiyaların hazırlanması üçün 800 dollarlıq kontrakla mükafatlandırılacaq. İkinci və üçüncü yerin qalibləri kiçik məbləğlərlə mükafatlandırılacaq və ABŞ Səfirliyinin nəşr etdiyi digər kitablarının rəssamları kimi potensial namizəd kimi nəzərə alınacaqlar.

Kitabın Azərbaycan dilindəki tam mətnini burada əldə edə bilərsiniz: http://azerbaijan.usembassy.gov/uploads/images/w9t14atAejg0In0uhDrnKg/TWWOz.pdf

Rəsmlər Azadlıq prospekti 83 ünvanında yerləşən Amerika Birləşmiş Ştatlarının Səfirliyinə və ya BakuIRCenter@state.gov elekron poçtu ünvanına göndərilə bilərlər.

Əlavə məlumat üçün İctimaiyyətlə Əlagələr Şöbəsinə (telefon (99412) 498 0335/6/7 (daxili 4269) və ya BakuIRCenter@state.gov elekron poçtu ünvanına müraciət edə bilərsiniz.

 

Səfirliyin xəbərləri

ABŞ Səfiri Seçki Monitoring Mərkəzinin qeydiyyatının ləğv olunması ilə bağlı dərin narahatlıq ifadə edib

Səfir Ənn E.Dersi Turan informasiya agentliyinə verdiyi müsahibədə Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğv olunması üçün hüquqi proseduraya başlaması və rayon məhkəməsinin mayın 14-də Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarması ilə bağlı dərin narahatlıq ifadə edib.

Xanım səfir Azərbaycan hökumətini SMM-ni qeydiyyatdan keçirmək barədə bu ilin əvvllərində çıxardığı qərarı bərpa etməyə çağırıb. “Biz SMM-in bir necə muraciətden sonra 2008-ci ilin fevralinda qeydiyyata alınmasını təkmilləshmiş seçki prosesinə dogru vacib addim kimi salamladiq. Həmin vaxt belə gorunurdu ki, Azərbaycan hökuməti SMM kimi yerli müşahidəçilərin öz işini maneesiz görə bilməsinin Azərbaycanda qarşıdan gələn president seçkilərinin şəffaf keçirilməsi üçün müstəsna əhəmiyyətə malik oldugunu başa düşür.”

Xanım səfir bütün president seçkiləri dövrü boyunca demokratik institutlari gücləndirmək, qanunun aliliyini təmin etmək, insan haqlarını müdafiə etmək, söz, təşkilatlanmaq ve toplaşmaq kimi fundamental azadlıqlara hörmət etməyin vacibliyini vurğylayıb. Səfir Amerika Birləşmiş Ştatlarının Azərbaycanin müasir, müstəgil dövlet kimi uğuru üçün müstəsna əhəmiyyət kəsb edən demokratik inkisafını dəstəkləyən hamı ilə işləməyə sadiq qaldığını bildirib.

- ABŞ haqqında son məlumat -

- Səfirliyin Programlari -



    Sayt ABŞ Dövlət Departamenti tərəfindən idarə edilir.
    Kənar internet linklərinin yerləşdirilməsi onların məlumat və məxfilik siyasətinin bölüşdürülməsi kimi qiymətləndirilməməlidir.


Amerika Birləşmiş Ştatların Səfirliyi