Press-relizlər
ABŞ-IN AZƏRBAYCANDAKI SƏFIRLIYI VƏ “ELMAR HÜSEYNOV FONDU”
JURNALİSTLƏR ÜÇÜN “ELMAR HÜSEYNOV MÜKAFATI”NA MÜSABİQƏ ELAN EDİR
3 Oktyabr, 2007
Müsabiqənin şərtləri:
· Müsabiqə materiallarını təqdim edərkən bütün iştirakçılar Elmar Hüseynov fondunda xüsusi qeydiyyat formasını doldurmalıdırlar.
· Müsabiqə 2007-ci il oktyabrın 1-dən başlayaraq 2008-ci il iyunun 15-dək davam edir. İyulun 17- də Elmar Hüseynov mükafatı veriləcəkdir.
· Müsabiqədə iştirak edən jurnalistlər yazacaqları yazı ilə bağlı aşığıdakı sualları cavablandıran 1 vərəq həcmində təqdimat tərtib etməlidirlər:
- araşdıracağı mövzunun aktuallığı;
- məhz həmin mövzuya müraciətin səbəbləri;
- eləcə də istifadə edəcəyi mənbələrin mötəbərliliyini göstərməlidir.
· Jurnalist yazının çap olunacağı, yerləşdiriləcəyi, yaxud efirə çıxarılacağı mətbuatı göstərməlidir.
· Yayım materialları efirdə gedəndən sonra (televiziya və ya radio) VHS və ya CD/VCD/DVD formatına yazılmış nüsxədə və E-mail vasitəsilə təqdim olunmalıdır.
· Hər bir iştirakçı yalnız bir araşdırma yazı və süjetlə (verilişlə) müsabiqəyə qatıla bilər.
· Müsabiqəyə təqdim olunan bütün materiallar ən azı 3000 işarə (çap və internet materialları üçün), 1-2 dəqiqə (televiziya və radio xəbər reportajları üçün) və 3-15 dəqiqə (süjet və veriliş üçün) həcmində olmalıdır.
· Bütün çap və yayım materialları müsabiqəyə Azərbaycan və digər dillərdə təqdim oluna bilər.
· İştirakçılar öz materiallarını həm fərdi, həm də qrup şəklində təqdim edə bilərlər.
· Əgər müsabiqəyə təqdim edilən material müəllif qrupu tərəfindən hazırlanıbsa (tədqiqatçılar, jurnalistlər və ya redaktorlar) o zaman qeydiyyat formasında onların hər biri qeyd olunmalıdır.
· İştirakçılar müsabiqəyə təqdim etdikləri materialların surətlərini özlərində saxlamalıdırlar, müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır və onlara rəy verilmir.
· “Elmar Hüseynov Fondu” müsabiqəyə təqdim olunan materiallardan müəlliflə razılaşmadan istifadə edə bilər.
· Münsiflər heyətinin qərarı qətidir və dəyişdirilə bilməz. Münsiflər heyəti müsabiqənin şərtlərinə uyğun gəlməyən hər hansı materialı müsabiqədən kənarlaşdırmaq səlahiyyətinə malikdir.
Əlavə kriteriya:
- Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika ilə məşğul və ən azı 1 il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.
Qiymətləndirmə kriteriyaları: Münsiflər heyəti müsabiqəyə təqdim olunan materialları mövzunun aktuallığı, siyasi qərəzsizlik, ədalətlilik baxımından qiymətləndirəcək.
Əlavə olaraq münsiflər heyəti aşağıda qeyd olunan qiymətləndirmə kriteriyalarını da nəzərə alacaq:
- Xəbərin vacibliyi və məlumatın dəqiqliyi
- Oxucuların/izləyicilərin/dinləyicilərin marağının cəlb edilməsi
- Obyektivlik, qərəzsizlik və jurnalistikanın digər etik prinsiplərinə riayət edilməsi
- Mövzunun orijinallığı
- Tədqiqatın ictimaiyyətə təsiri və onun cəmiyyət üçün faydası
- Məlumatların toplanılması, tədqiqatın aparılması, materialın hazırlanması zamanı istifadə edilən mənbələr və göstərilən səylər
- Yazı dilinin səlisliyi və oxunaqlılığı.
Müsabiqə əsasında 18 kiçik qrant veriləcəkdir, onlardan 12 qrant qəzet jurnalistlərinə, 6 qrant isə televiziya jurnalistlərinə.
Kiçik qrantların məbləği:
Mətbuat jurnalistləri üçün - 300$
Televiziya jurnalistləri üçün - 500$
Elmar Hüseynov mükafatı - 1000$
Əlaqə ünvanı: Bakı şəhəri, Natavan meydanı 1
Tel: 493 84 30
e-mail: ms@azdata.net