jump over navigation bar
Embassy SealABŞ Dövlət Departamenti
Bakı Azərbaycan - Amerika Birləşmiş Ştatların Səfirliyi - Ana səhifə
flag graphic
Məxfilik
 
 

Məxfiliyin Qorunması

Bizim sayta daxil olduqda, öz seçiminizlə təqdim edilmədikdə, sizdən şəxsi məlumat toplanmır. Lakin, sizin İnternetə qoşulduğunuz domeynin ünvanını (.com, .edu və s.); sayta daxil olduğunuz tarix və vaxtı; və bizim sayta çıxdığınız elektron saytın ünvanını avtomatik olaraq yaddaşda saxlayırıq. Bunu etməkdə məqsədimiz saytımızda yerləşən müxtəlif səhifələrə müraciət etmiş oxucuların sayını bilmək və bizim saytımızı sizin kimi oxucular üçün daha da əlverışli etməkdir.  

Bizə elektron məktub göndərdikdə

İstədikdə bizə elektron poçt vasitəsi ilə şəxsi məlumatınızı, sual və şəhlərinizi yollaya bilərsiniz. Bu məlumatdan sizə göstərdiyimiz xidmətin səviyyəsini mükəmməlləşdirmək və yaxud sizin sual və şərhlərinizi cavablandırmaq üçün istifadə edirik. Bəzi hallarda elektron məktubunuzu suallarınıza daha yaxşı cavab verə biləcək digər ABŞ hökümət qurumlarına ötürürük. Hüquq mühafizə prosedurları halları istisna olmaqla, sizin elektron ünvanı heç bir xarici qurumlara ötürülmür.

Digər Eletkron Səhifələrə Çıxış

Bizim elektron səhifədən Amerika Birləşmiş Ştatlarında həmçinin onun hüdudlarından kənarda yerləşən digər ABŞ hökümət qurumlarına, səfirliklərə, beynəlxalq təşkilatlara və fərdi şirkətlərə çıxmaq olar.  Bizim saytdan digər sayta çıxdıqda siz daha bizim saytda olmadığınızdan digər saytın məxfiliyin qorunması qaydalarına tabe olursuz.

Sizə dürüst və dolğun məlumat təqdim etmək üçün əlimizdən gələni edirik. Lakin səhflərin olmamasına heç bir zəmanət verə bilmərik. Səfirlik, və ya səfirliyin işçiləri bu sahifədə verilmiş sənədlər və məlumatlara dair heç bir zəmanət vermir. Bundan əlavə, səfirlik bu səhifədə yerləşdirilmiş məlumatın, sənədin və ya mətnin düzgünlüyü, dolğunluğu, və yaxud yararlığı ilə bağlı heç bir hüquqi məhsuliyyət daşımır.

Saytın təhlükəsizliyini təmin etmək, həmçinin bütün istifadəçilər üçün bu səhifəni qoruyub saxlamaq üçün Dövlət Departamenti saytda hər hansı məlumatı icazəsiz dəyişdirmək və ya ziyan vurmaq cəhdinin aşkarlanması üçün şəbəkə daxili proseslərin müşahidəsi üçün nəzərdə tutulmuş proqramdan istifadə edir. Bu səhifədən məlumatı icazəsiz köçürmək və ya dəyişdirmək qadağandır və 1986-cı il Bilgisayardan İstifadə Aktına əsasən cəzalandırıla bilər. Məlumat həmçinin müvafiq hüquq mühafizə orqanları tərəfindən istifadə oluna bilər. Yuxarıda göstərilən məqsədlər istisna olmaqla, istifadəçiləri müəyyən etmək üçün heç bir addimlar atılmır. Məlumatı icazəsiz köçürmə və yaxud dəyişdirmə 1986-cı il Bilgisayardan İstifadə Aktının 18 U.S.C. Bölümü 1001 və 1030-cü bəndlərinə əsasən cəzalandırıla bilər.

Başlanğıca qayıtmaq ^

Səhifənin alətləri:

Printer_icon.gif Çap et



 

    Sayt ABŞ Dövlət Departamenti tərəfindən idarə edilir.
    Kənar internet linklərinin yerləşdirilməsi onların məlumat və məxfilik siyasətinin bölüşdürülməsi kimi qiymətləndirilməməlidir.


Amerika Birləşmiş Ştatların Səfirliyi